ELM VƏ TƏHSİL


Ukraynada təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır

Ukraynada təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır

Bakı, 18 may, AZƏRTAC

Ukrayna universitetlərində təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib. Onun sözlərinə görə, əsasən vətəndaşların problemi sərhədlə bağlı olur: “Vətəndaşlarımız təhsil müddətində orada az olurlar. Ukrayna tərəfi ilə görüşəndə biz bu problemi onların diqqətinə çatdırmışıq və onların xahişi ilə daha çox problem yaşadığımız universitetlərin siyahısını təqdim etmişik. Bir daha vətəndaşlara müraciət edirəm ki, təhsil müddətində həmin ölkədə olsunlar. Universitetin akkreditasiyadan keçib-keçmədiyinə diqqət etsinlər. Hazırda bildiyiniz kimi, Ukraynadakı vəziyyətlə əlaqədar orada təhsil almaq çox risklidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.