DÜNYA
Ukraynada vəkillərin pnevmatik silah gəzdirməsinə icazə verilə bilər
Kiyev, 7 iyun, AZƏRTAC
Ukraynada vəkillərin pnevmatik silah gəzdirməsinə icazə verilə bilər.
Bu barədə AZƏRTAC-a Ukrayna Ali Radasının Hüquq-siyasəti komitəsindən məlumat verilib.
Məlumata görə, komitə tərəfindən bununla bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədi vəkillərin peşə fəaliyyətləri zamanı həyat və sağlamlıqlarına qarşı mümkün qanunsuz müdaxilələrdən qorunmaq imkanlarını artırmaqdır.
Son illərdə Ukraynada vəkillərə qarşı hücumların sayı artıb. Təkcə son yeddi ildə Ukraynada 10 vəkil qətlə yetirilib, 9 vəkilin öldürülməsinə cəhd olub. Bundan başqa, 57 vəkil isə fiziki zorakılığa məruz qalıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]