SİYASƏT


Ukraynalı alim: Xocalı faciəsi bəşəriyyətə qarşı törədilən cinayətdir

Kiyev, 22 fevral, AZƏRTAC

1992-ci il fevralın 26-na keçən gecə Xocalıda baş verən dəhşətli hadisələrin ildönümü həlak olan günahsız 613 dinc azərbaycanlının xatirəsini yad etmək üçün növbəti fürsətdir.

Ukraynalı alim, tarix elmləri namizədi Oleq Kupçik bu barədə AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bəşəriyyətə qarşı cinayətlərin və hərbi cinayətlərin iddia müddəti yoxdur, təqsirkarlar tez və ya gec cəzalandırılacaqlar.

Oleq Kupçik deyib: “Bu cinayət keçmiş sovet ordusunun hərbi qulluqçuları və erməni hərbiləşdirilmiş dəstələri tərəfindən törədilib. Xocalı hadisəsi planlaşdırılmış birgə əməliyyat idi, çünki Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolunun üstündə yerləşən bu yaşayış məntəqəsi çox mühüm idi”.

Ukraynalı alim qeyd edib ki, Azərbaycan rəhbərliyi tərəfindən aparılan multikulturalizm siyasəti etnoslararası yaxud millətlərarası münaqişələrin qarşısını alır və onları qeyri-mümkün edir, həmçinin bir çox millətlərin nümayəndələrinin respublikada dinc yanaşı yaşamasını təmin edir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.