SİYASƏT


Ukraynalı ekspert: Bakı sülh prosesinə hazırdır

Kiyev, 11 oktyabr, AZƏRTAC

Azərbaycan sülh prosesinə hazırdır, çünki Bakıda başa düşürlər ki, ermənilər Azərbaycanın qonşularıdır, onların getməyə yerləri yoxdur.

Ukrayna Politoloqlar Assosiasiyasının eksperti Rinat Kovbasyuk bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Rinat Kovbasyuk deyib: “Biz dəfələrlə müşahidə etmişik: Ermənistanda revanşist əhvali-ruhiyyə və əvvəlki vəziyyəti qaytarmaq arzusu hökm sürür. Əminəm ki, əgər bu gün Ermənistan yeni hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər güclü olsaydı, bu əməliyyatlar qaçılmaz olardı. Buna görə də hər bir münaqişənin ən azı iki tərəfi var. Tərəflərdən biri sülh barədə yalnız bəyanatlar verir, lakin əslində sülh istəmir, belə olduqda sülhü gözləməyə dəyməz. Eyni zamanda, vurğulamaq lazımdır ki, Bakı öz erməni qonşusunu gözləməyib və sözdən konkret işə keçib. Mənim bildiyimə görə, Yerevan minalanmış sahələrin dəqiq xəritələrini hələ də verməyib. Buna baxmayaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə intensiv iş gedir, bu ərazilərin infrastrukturu böyük sürətlə bərpa olunur”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.