DÜNYA


Ukraynalıların 47 faizi rusdilli məktəblərin Ukrayna dilinə keçməsini dəstəkləməyib

Kiyev, 15 oktyabr, AZƏRTAC

Təxminən 50 faizədək ukraynalı rusdilli orta məktəblərin hamısının Ukrayna dilinə keçməsinin əleyhinədir.

AZƏRTAC xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı rəy sorğusuna əsasən, respondentlərin 47 faizi bütün orta məktəblərin Ukrayna dilinə keçməsini dəstəkləməyib.

Səsvermədə iştirak edənlərin 49 faizi bütün rusdilli orta məktəblərdə yalnız Ukrayna dilində tədrisin tərəfdarıdır. Respondentlərin 4 faizi isə sorğunu cavablandırmaqda çətinlik çəkib.

Qeyd edək ki, ölkənin “Təhsil haqqında” Qanununa edilən dəyişikliyə görə, 2020-ci ilin sentyabrından bütün orta məktəblərdə tədris yalnız Ukrayna dilində olacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.