Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ukraynanın Prezidenti Zati-aliləri cənab Vladimir Zelenskiyə

Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Ukrayna əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin