QAN YADDAŞI


Ukraynanın şəhərlərində Xocalı soyqırımı ilə bağlı biqbordlar yerləşdirilib

Kiyev, 23 fevral, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyi ölkənin müxtəlif şəhərlərində Xocalı soyqırımı ilə bağlı biqbordlar yerləşdirib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Ukraynanın Kiyev, Lvov, Odessa, Xarkov, Dnepr, Kirovoqrad, Nikolayev, Jitomir və digər şəhərlərində yüzlərlə biqbord yerləşdirilib.

Biqbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında xarici vətəndaşları məlumatlandırmaqdır. Bu biqbordlar bir ay müddətində nümayiş etdiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.