Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Uldis Auqulis: Əminəm ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcək

Uldis Auqulis: Əminəm ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcək

Riqa, 23 noyabr, AZƏRTAC

Latviyanın yollar naziri, Latviya və Azərbaycan respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Uldis Auqulis AZƏRTAC-a müsahibəsində ölkələrimizin əməkdaşlığının strateji xarakteri və perspektiv istiqamətləri barədə danışıb.

-Cənab nazir, Siz Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?

-Latviya ilə Azərbaycan arasında prezidentlər, parlamentarilər, hökumətlər və sahibkarlar səviyyəsində müntəzəm, açıq və konstruktiv ikitərəfli dialoq yaranıb.

Bu il bir sıra mühüm tədbirlər keçirilib: martın ortalarında Latviya Prezidenti Raymonds Veyonis Bakıya, iyulun ortalarında Azərbaycan Prezidenti İlham Əliyev Riqaya səfər edib. Səfər çərçivəsində Latviya-Azərbaycan biznes-forumu keçirilib. İki ölkənin prezidentləri - R.Veyonisin və İ.Əliyevin iştirak etdikləri bu tədbirdə biznes-danışıqlar aparılıb, bir sıra mühüm razılaşmalar əldə edilib, o cümlədən əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bu il iyun ayında Bakıda Latviya-Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.

Ölkələrimiz arasında iqtisadi münasibətlərə gəldikdə isə qeyd etmək lazımdır ki, qarşılıqlı ticarətin mövcud həcmi real imkanlara uyğun deyil. Ölkələrimiz qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün, xüsusən iqtisadiyyat və ticarət sahəsində böyük potensiala malikdir. Hesab edirik ki, əczaçılıq, yeyinti sənayesi, metal emalı, yaşıl texnologiyalar, kənd təsərrüfatı, tikinti, turizm, nəqliyyat və tranzit sahələri daha perspektivli sahələrdir.

Latviya ilə Azərbaycan arasında məsafənin böyük olmasına baxmayaraq, bizim nəqliyyat kompleksləri arasında ümumi cəhətlər çoxdur, buna görə də Azərbaycan Cənubi Qafqazda tranzit və logistika sektorunda Latviya üçün mühüm tərəfdaşdır.

Həm avtomobil nəqliyyatı ilə, həm də dəmir yol vasitəsi ilə müntəzəm yükdaşımalar həyata keçirilir. Düzdür, 2015-ci ilin göstəriciləri ilə müqayisədə 2016-cı ildə dəmir yolu ilə yükdaşımalarının həcmi 50,2 faiz azalıb, lakin 2017-ci ilin on ayı ərzində daşınmış yüklərin həcmi 2016-cı ilin ilk on ayının göstəriciləri ilə müqayisədə 47,1 faiz artıb.

Hesab edirik ki, Avrasiya tranzit daşımalarının inkişafı əməkdaşlığımız üçün mühüm potensiala malikdir. Avrasiya dəmir yollarının inkişafı qitədəki bütün ölkələrin mühüm prioritetlərindən birinə çevrilib və ölkələrimizin coğrafi mövqeyi yük axınlarının təmin edilməsində mühüm rol oynamağımıza imkan verir.

Son illərdə Latviya Avrasiya daşımaları sahəsində əməkdaşlığın inkişafına kömək məqsədi ilə beynəlxalq səviyyədə fəal iş aparıb. 2016-cı ilin noyabr ayında Çindən Latviyaya İvu-Riqa test qatarı yola salınıb. 2017-ci ilin mayında Qazaxıstan ərazisindən keçməklə, Riqadan Çinin şərq hissəsindəki Kaşqara qədər ilk iki konteyner qatarı yola düşüb. Almaniyanın Dusburq şəhərindən göndərilən yük Riqaya çatdırılıb. Sentyabrın axırlarında Urumçidən (Çin) Qazaxıstan dəmir yolu tərəfindən tərtib olunmuş ilk konteyner qatarı Urumçi-Dostık-Riqa-Rotterdam marşrutu ilə yola salınıb. Oktyabrın 16-da həmin qatar Riqaya çatıb, daha sonra onun yükü dəniz yolu ilə Rotterdama göndərilib.

-Bu yaxınlarda MDB və Baltik ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilib. Dəmir yolu sahəsində Azərbaycanla hansı müştərək layihələrin reallaşdırılması nəzərdə tutulub?

-Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası oktyabrın 19-20-də Riqada keçirilib. Həmin iclasda 18 ölkənin, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, İran və digər dövlətlərin dəmir yolu müəssisələrinin rəhbərləri iştirak edib. Şuranın işi çərçivəsində Azərbaycanla qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, sərnişin və yük daşınması zamanı dəmir yolu administrasiyalarının iqtisadi məsuliyyətinin artırılması, dövlətlərarası əlaqələrdə dəmir yolu şəbəkəsinin işinin səmərəliliyi məsələləri müzakirə edilib.

Şurada vurğulanıb ki, dəmir yolu sahəsi yükdaşımaların artırılmasında əməkdaşlıq üçün hər cür imkana malikdir. Dəmir yolu daşımaları işin sürətinə və səmərəsinə görə aviasiya nəqliyyatı ilə uğurlu rəqabət apara bilər.

-Sizin fikrinizcə, “Şimal-Cənub” Nəqliyyat Şəbəkəsi meqalayihəsi çərçivəsində əməkdaşlığın perspektivləri necədir?

-Hesab edirəm ki, Latviya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mühüm istiqamətlərindən biri də son dövrün ən aktual layihəsi olan “Şimal-Cənub” nəqliyyat dəhlizidir. Bu layihə İran, Hindistan, Azərbaycan, Rusiya və Baltikyanı ölkələr arasında dəmir yolu əlaqələrinin inkişafını nəzərdə tutur. Hesab edirəm ki, bu kontekstdə biz Azərbaycanla dəmir yolu əlaqələrini inkişaf etdirməklə, bu ölkə ilə əlaqələrimizi əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik, çünki Azərbaycan həm “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin, həm də Yeni İpək Yolu layihəsinin tərkib hissəsi olan TRACECA (Avropa-Qafqaz-Asiya) dəhlizinin qovuşduğu ərazidir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Yaxın Şərq və Cənubi Asiya ölkələrindən (Hindistan, Pakistan) Avropaya gediş-gəlişi intensivləşdirməyə imkan verir. Bu dəhlizə qoşulmaq və onun vasitəsilə daşımalarda iştirak etmək “Latviyas dzelztselş” (Latviya Dəmir Yolu) Dövlət Səhmdar Cəmiyyətinin (DSC) logistika sahəsində prioritetləri siyahısındadır.

Baltik və Skandinaviya ölkələrinə yükləri çatdırmaq imkanı yaratmaq üçün biz həmin dəhlizi Baltik dənizinə qədər uzatmağı təklif edirik. Hazırda “Latviyas dzelztselş” Hindistandan Avropaya, o cümlədən Baltik və Skandinaviya ölkələrinə yük axınının səmərəli, etibarlı və sürətli olmasını təmin etmək üçün logistik qərarlar hazırlayıb.

-Cənab nazir, siz Azərbaycan və Latviya respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrisiniz. Hazırda hansı müştərək layihələr üzərində iş aparılır?

-Ölkələrimizin tranzit potensialının artırılması əməkdaşlıq sahəsində mühüm layihədir. Biz Azərbaycanı “ZUBR” konteyner qatarı ilə daşımalara qoşulmağa dəvət etmişik. Biz Azərbaycanla və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmuş digər ölkələrlə birlikdə həmin dəhlizlə daşımaların inkişafında iştirak edirik.

Tələbələrin təhsili sahəsində ölkələrimiz arasında yaxşı əməkdaşlıq yaranıb. Latviya ali məktəblərində hər il orta hesabla 149 azərbaycanlı tələbə təhsil alır.

Yeyinti sənayesində qarşılıqlı əlaqələrimiz də uğurla inkişaf edir və istər məhsul ixracı, istərsə də təcrübə mübadiləsi sahəsində bu əlaqələri inkişaf etdirmək üçün potensial imkanlar var. Məsələn, Azərbaycan nümayəndələri süd emalı və süd məhsullarının istehsalı texnologiyaları məsələləri üzrə Latviya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Latviyanın əczaçılıq müəssisələri Azərbaycanda fəaliyyəti genişləndirmək imkanlarını da qiymətləndirirlər.

Turizm sahəsində, o cümlədən Yurmala, Latviyanın sağlamlaşdırıcı turizm klasteri və Latviyanın Kurort Şəhərləri Assosiasiyası tərəfindən inkişaf etdirilən sağlamlaşdırıcı və ekoloji turizm sahəsində fəal əməkdaşlıq edirik.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər bundan sonra da konstruktiv, səmərəli və dostluq şəraitində inkişaf edəcək, çünki ölkələrimizin hökumətləri bu qarşılıqlı fəaliyyətə kömək etməyə hazırdırlar və bir sıra müəssisələr qarşılıqlı əməkdaşlıqda maraqlıdırlar.

-Məlum olduğu kimi, xüsusən turizm sahəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün birbaşa aviareys olması zəruridir. Ölkələrimiz arasında mövsümi reys fəaliyyət göstərir, daimi əsasda birbaşa hava reysinin açılması məsələsinə baxılırmı?

-Aviarabitə ikitərəfli münasibətlər yaradılmasına mühüm töhfə verir. Latviyanın “AirBaltic” aviaşirkəti 2006-cı ildən Riqa ilə Bakı arasında birbaşa reyslər yerinə yetirir. 2018-ci ilin yay mövsümündə “AirBaltic” mayın 2-dən oktyabrın 24-dək, yəni 2017-ci ilin yay mövsümündəki ilə müqayisədə 2,5 ay artıq müddətdə reyslər həyata keçirəcək. Bu il həmin reyslər iyunun 2-dən sentyabrın 2-dək yerinə yetirilib.

“AirBaltic” aviaşirkəti bu il yay mövsümündə yeni “Bambardye Si Es-300” təyyarəsində Riqadan Bakıya müntəzəm reysləri kifayət qədər uğurla yerinə yetirib. Bu reysin axşam vaxtı və həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) yerinə yetirilməsinə baxmayaraq, 5818 sərnişin, o cümlədən 40 faiz tranzit sərnişin, həmçinin 13 ton yük daşınıb, reyslərin orta yüklənmə göstəricisi 74 faiz təşkil edib.

Daimi əsasda reyslər məsələsinə gəldikdə isə bu qərar iqtisadi baxımdan məqsədəuyğunluq və sərnişinlərin tələbatı əsasında qəbul edilir. Buna görə də istisna olunmur ki, 2018-ci ilin yay mövsümünün yekunlarına əsasən aviaşirkət Bakıya uçuşların ilboyu yerinə yetirilməsi haqqında qərar qəbul edə bilər. Mövsümi reyslərin “AirBaltic” aviaşirkəti tərəfindən yerinə yetirilməsinə baxmayaraq, biz ölkələrimiz arasında tranzit aviasərnişinlərin artım potensialını görürük. “Riqa” aeroportu Riqa ilə Bakı arasında müntəzəm uçuşlara başlamağın mümkünlüyü barədə “Azərbaycan Hava Yolları” ilə danışıqlar aparıb. 2017-2018-ci illərin qış mövsümündə “Riqa” hava limanından 74 istiqamətdə, 2018-ci ilin yayında isə 89-dan çox istiqamətdə uçuşlar yerinə yetirməyin mümkün olduğunu nəzərə alaraq, hesab edirəm ki, “AirBaltic” aviaşirkəti və “Azərbaycan Hava Yolları” arasında sərnişin daşımaları sahəsində əməkdaşlıq daha da inkişaf edəcək. Üstəlik, “Azərbaycan Hava Yolları” reyslərinin və aşağı büdcəli “Azaljet” brendinin Bakıdan uçan reyslərinin sayı da artır, bu da Riqadan uçan sərnişinlər üçün maraq doğurur.

-Latviya Azərbaycana əməkdaşlığın hansı yeni istiqamətlərini təklif edə bilər?

-Latviya Azərbaycana və “Şimal-Cənub” nəqliyyat dəhlizinin iştirakçısı olan digər ölkələrə Baltik dənizi regionu vasitəsi ilə Avropa İttifaqı bazarına çıxış təmin etməklə, yükdaşımaların artırılması sahəsində əməkdaşlıq üçün böyük potensial görür.

Aviasiya sahəsində biz sərnişin daşımaları ilə bərabər, yüklərin aviasiya ilə daşınmasında da əməkdaşlıq etməyə hazırıq. “Riqa“ hava limanı aviayüklərin Çindən Baltik ölkələrinə daşınmasına tələbi nəzərə alaraq, aviasiya yükdaşımalarının genişlənməsi sahəsində daim iş aparır və 2017-ci ilin on ayı ərzində təxminən 19,7 min ton yükə aid xidmətlər göstərib, bu da proqnozlardan 17 faiz çoxdur. Bu ilin iyul ayında “Turkish Cargo” aviaşirkəti Baltik ölkələrinə ilk dəfə müntəzəm yük reysi açıb. İstanbul ilə Riqa arasında həftədə iki dəfə reys yerinə yetirilir. Biz müşahidə etmişik ki, idxal edilən və ixrac olunan yüklərin coğrafiyası yetərincə genişdir. Biz bu sahədə potensial olduğunu görürük və Azərbaycandan olan tərəfdaşlarımıza Bakıdan keçməklə, Asiyadan Baltik, Skandinaviya və Mərkəzi Avropa ölkələrinə aviayüklərin tranziti üzrə əməkdaşlıq təklif etməyə hazırıq. Bundan əlavə, biz avianəqliyyatdan istifadə edilməklə məhsul və malların idxalı və ixracı məsələlərində həm yerli, həm də azərbaycanlı sahibkarlar tərəfindən bu işə maraq olduğunu görürük.

Bioloji təbabət, farmakologiya, informasiya texnologiyaları və humanitar elmlər sahəsində konkret tədqiqat layihələrinin həyata keçirilməsində maraqlı olduğumuzu da qeyd etməyə bilmərəm.

Maşınqayırma və metal emalı sahəsində dəmir yollarının modernləşdirilməsi və müxtəlif istehsalat avadanlığının istehsalı layihələri üzrə əməkdaşlıq üçün imkanlar görürük.

Kimya sənayesi, xüsusən, farmakologiya sahəsində istehsalın Azərbaycan ərazisində inkişaf etdirilməsini istəyirik. Gördüyümüz kimi, əməkdaşlıq imkanları çoxdur və bu imkanlardan necə istifadə edəcəyimiz yalnız bizim özümüzdən asılıdır.

-Cənab nazir, Siz bu il yayda Bakıda səfərdə olmusunuz. Xahiş edirəm, ölkəmizin paytaxtı barədə təəssüratlarınızı bildirin.

-İyun ayında Bakıda Hökumətlərarası Komissiyanın 7-ci iclası oldu. Bizi çox yüksək səviyyədə qəbul etdilər.

Bakı gözəl şəhərdir, burada yeni tikililər çoxdur, belə tikililəri hər yerdə görmək mümkün deyil. Vətənpərvərliyin və dövlət rəmzlərinə hörmətli münasibətin rəmzi olan Dövlət Bayrağı Meydanı bizə xüsusilə güclü təsir bağışladı.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib