MƏDƏNİYYƏT


“Ulduz” jurnalının xüsusi buraxılışı Nizami Gəncəvinin 880 illiyinə həsr olunub

Bakı, 27 oktyabr, AZƏRTAC

"Ulduz" jurnalının oktyabr sayı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş xüsusi buraxılışı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və "Ədəbiyyat qəzeti"nin ortaq layihəsi olaraq ərsəyə gəlib.

Nəşr Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamının bütöv mətni ilə açılır.

Xalq yazıçısı Anarın "Nizami bizilmlədir, burdadır" başlıqlı yazısında, eləcə də Xalq yazıçısı Elçinin "Cism ilə ruhun vəhdəti" adlı araşdırma məqaləsində Nizami Gəncəvinin şəxsiyyətinə, yaradıcılığına və bəşəri ideyalarına işıq tutulur.

Akademik İsa Həbibbəylinin "Ədəbiyyat fatehi və əbədiyyətin fəthi", akademik Nizami Cəfərovun "Dahinin portreti" kimi yazılarında Nizami poeziyasının Şərq və Qərb ədəbiyyatının söz mülkünə çoxşaxəli təsirləri vurğulanır, öz dövrünün ictimai-siyasi təlatümləri fonunda təşəkkül tapan Nizami Gəncəvinin ədəbi portreti diqqətə çatdırılır.

Nömrənin redaktoru Azər Turan, nömrəyə məsul Elnarə Akimova, Nəsib Göyüşov, Eynulla Mədətli, Firudin Qurbansoy, Mayıl İsmayılov, İlham Abbasov, Mətanət Vahid, Seyfəddin Rzasoy, İmamverdi Həmidov, Mehdi Kazımov, Ataəmi Mirzəyev, Aygün Bağırlı və Yaqub Babayevin məqalələrində Nizami Gəncəvi yaradıcılığının məziyyətləri açılır, fəlsəfi fikir tarixinin formalaşmasında Nizami fenomeninin danılmaz rolundan geniş söhbət açılır.

"Dərgidə kitab" rubrikasında Nizami Gəncəvini qəzəllərindən örnəklər yer alıb. "Sərgi" rubrikasında isə şairin ilk təsviri sayılan Qəzənfər Xalıqovun "Nizaminin portreti" adlı məşhur rəsm əsəri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.