SİYASƏT


Ulu Öndərin əziz xatirəsi Serbiyada da anılıb

Ulu Öndərin əziz xatirəsi Serbiyada da anılıb

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqradda fəaliyyət göstərən “AzVirt” şirkətinin və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları “Taşmaydan” parkına gələrək, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və Ulu Öndərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət edib, hər iki abidənin önünə gül-çiçək dəstələri qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.