ELM VƏ TƏHSİL


Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Təhsil” kuboku keçiriləcək

Bakı, 7 may, AZƏRTAC

Mayın 8-9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən 64-xanalı dama üzrə beynəlxalq onlayn “Təhsil” kuboku turniri təşkil ediləcək. Turnir Təhsil Nazirliyinin və Azərbaycan Dama Federasiyasının dəstəyi, Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 11 turdan ibarət və www.playok.com internet portalı üzərindən keçiriləcək yarışda dünyanın müxtəlif ölkələrindən 17 yaşadək damaçılar iştirak edəcək.

Beynəlxalq turnirdə ilk 5 yerə layiq görülən damaçılar pul mükafatı və diplomla mükafatlandırılacaq.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, pandemiya dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə damaçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.