CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin bütün həyatı böyük məktəbdir

Bakı, 10 may, Ramiz Quliyev, AZƏRTAC 

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin bütün həyatı böyük məktəbdir.

Bu fikirləri AZƏRTAC–a müsahibəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edən “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov deyib.

Ulu Öndərlə Naxçıvanda və Bakıda dəfələrlə görüşdüyünü bildirən Ə.Qasımov müdrik siyasətçinin onda böyük təəssürat yaratdığını vurğulayıb: “Dahi şəxsiyyət ilə Tərtərdə və cəbhə bölgəsində baş verən hadisələrlə bağlı söhbətimiz olub, mənə dəyərli tövsiyələrini verib. Şəhidlərin döyüş bölgələrindən çıxarılmasında onun misilsiz xidmətləri olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.