İDMAN


Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı vebinar keçiriləcək

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə birgə 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı vebinar keçirəcək.

AZƏRTAC xəbər verir ki, KİV nümayəndələrinin iştirak edəcəkləri vebinar noyabrın 23-də saat 14:00-da olacaq.

Tədbirin təşkilində məqsəd antidopinq məsələləri, o cümlədən bu sahədəki yeniliklərlə bağlı media nümayəndələrini məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaqdır. Vebinara qoşulmaq istəyənlər bu linkdən istifadə edə bilərlər - https://bit.ly/35FJ8HM.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.