İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan komandaları 6-cı turu qələbə ilə başa vurublar

Bakı, 3 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 6-cı turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Slovakiya yığmasına 13:1 hesabı ilə qalib gəlib.

Komandamız Əlcəzairə, Filippinə, Argentinaya qalib gəlib, Türkiyə ilə heç-heçə edib və Kubaya məğlub olub. Millimiz 9 xalla 19-cu pillədə qərarlaşıb.

Qadın şahmatçılardan ibarət komandamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) da turu qələbə ilə başa vurub. Şahmatçılarımız Qazaxıstan komandasına 3:1 hesabı ilə qalib gəliblər. Ötən turlarda xanım şahmatçılarımız Birləşmiş Ərəb Əmirliklərini, Finlandiyanı, Yunanıstanı, İsraili məğlub edib və Ukrayna ilə heç-heçə ediblər. Azərbaycan seçməsi 11 xalla ikinci pillədə yer alıb.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.