ELM VƏ TƏHSİL


Ümumi təhsil müəssisələrində müvafiq vəzifələr üzrə vakansiya seçimi başa çatıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran namizədlər http://musabiqe.baku.edu.az/ portalındakı şəxsi kabinetlərinə daxil olaraq vakansiya seçimi ediblər. Namizədlər müsabiqənin vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.

Təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul hüququ əldə etmiş şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi təmin ediləcək.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.