ELM VƏ TƏHSİL


Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilinə dair təlimlərə başlanılıb

Bakı, 26 noyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron, Şamaxı, Sabirabad, Qobustan, Zərdab və Oğuz rayonlarında “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda təlimlərə start verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərin məqsədi koordinatorlara peşəyönümü işinin təşkili üçün zəruri olan bilik və bacarıqları qazandırmaqdır. Təlimlərdə iştirakçılar peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, prinsipləri, həmçinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi və digər mövzularda öz bilik və bacarıqlarını artırırlar.

Qeyd edək ki, təlimlər ölkə üzrə hibrid formatda - əyani və distant şəkildə həyata keçirilir və eyni zamanda, seçilmiş təlimçilər tərəfindən tədris ili ərzində koordinatorlara davamlı olaraq metodik dəstəyin göstərilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.