CƏMİYYƏT


Ümummilli Lider - Azərbaycan tarixində doğan günəş

Bakı, 12 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Azərbaycan tarixində doğan günəş” mövzusunda tədbir keçirilib.

AZƏRTAC YAP mətbuat xidmətinə istinadən bildirir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Ağdam rayon 88 saylı köçkün tam orta məktəbinin şagirdləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş şeirlər söyləyiblər.

YAP Ağdam rayon təşkilatı ərazi partiya təşkilatının sədri Akif Hüseynli ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətlərindən bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın şanlı Ordusu 2020-ci ildə torpaqlarımızın işğalına son qoyub.

Tədbir digər çıxışlarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.