İQTİSADİYYAT


Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda keçirilən dərslərdə 2600-dən çox şagird iştirak edib

Bakı, 30 mart, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fevral ayında Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar keçirdiyi təlimin iştirakçısı olmuş ümumtəhsil müəssisələrinin müəllimləri şagirdlər üçün açıq dərslər təşkil ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, açıq dərslər Bakı, Şamaxı, Qəbələ, Mingəçevir, Zaqatala və Şəkinin ümumtəhsil məktəblərində keçirilib. Elektron Təhlükəsizlik Xidməti 70 informatika müəllimini əvvəlcədən təlim materialları ilə təmin edib.

Açıq dərslərə 6-11-ci sinif şagirdləri – ümumilikdə 2600-dən artıq məktəbli cəlb olunub. Onlar zərərli informasiya, mövcud kibertəhdidlər və təhlükəsiz internet mühitinin formalaşdırılması üçün əsas kibergigiyena qaydaları barədə məlumatlandırılıblar.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti uşaqların internetdən təhlükəsiz istifadəsi məsələsini daim diqqətdə saxlayır. Qurum 2013-cü ildən mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.