İQTİSADİYYAT
“Unibank” Bakı sakinlərinin ən çox etibar etdiyi bank sayılıb
Bakı, 4 iyun, AZƏRTAC
“Business Insight” Beynəlxalq Araşdırma qrupu “Azərbaycan banklarından ən çox hansı banka etibar edirsiniz?” sualı ilə Bakıda əhali arasında sorğu keçirib. Sorğu zamanı “Unibank” Bakı sakinlərinin ən çox etibar etdiyi bank sayılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Ölkə bankları içərisində kredit məhsullarına görə daha çox əlçatan bank”, “Pul vəsaitinə ehtiyac olan zaman yardımçı bank olaraq hansı bankın adını qeyd edə bilərsiniz?” sualına və əmanət xidmətləri üzrə cəlbedici banklar sırasında da “Unibank” sakinlərin seçdiyi ilk banklar sırasında olub.
Qeyd edək ki, “Business Insight” şirkəti sorğunu paytaxtın 11 rayonunun 700-dən artıq sakini arasında keçirib. Sorğu 18-65 yaş arası respondentlər arasında aparılıb.
Hazırda baş ofis də daxil olmaqla, bank 40 filialı ilə müştərilərin xidmətindədir. İldən-ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 24, bölgələrdə isə 16 filialı var.