ELM VƏ TƏHSİL


Üzərində Bizans imperatorunun təsviri olan qızıl boyunbağı tapılıb

Bakı, 22 avqust, AZƏRTAC

Böyük Britaniyanın şərqində həvəskar kolleksiyaçı üzərində VI əsr Bizans imperatoru Yustinianın təsviri olan qızıl boyunbağı aşkar edib.

AZƏRTAC mir24.tv saytına istinadla xəbər verir ki, kolleksiyaçı boyunbağını Norfolk qraflığında metal axtaran alətin köməyi ilə apardığı tədqiqat zamanı tapıb. Onun dediyinə görə, Böyük Britaniya ərazisində belə tapıntılar çox azdır.

Alimlər hesab edirlər ki, dini ayin əşyası olan boyunbağı qədim qazıntı yerindən tapılıb. Yaxın vaxtlarda boyunbağı Britaniya muzeyinə göndəriləcək.

Bundan əvvəl isə arxeoloqlar Krımda aparılan qazıntılar zamanı spartalıların məbədinin bizim eramızdan əvvəl təxminən III əsrə aid olduğunu müəyyən ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.