MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışında üç görkəmli bəstəkarın əsəri səsləndiriləcək

Bakı, 3 avqust, AZƏRTAC

Hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Rusiyanın məşhur violin ifaçısı P.İ.Çaykovski adına XVI Beynəlxalq Müsabiqənin birincisi Sergey Doqadin çıxış edəcək.

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə onun 6 saylı Simfoniyası səsləndiriləcək.

Qeyd edək ki, sentyabrın 18-dən başlayacaq festival 30-dək davam edəcək

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.