MƏDƏNİYYƏT


“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti olub

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində ABŞ-da keçirilən “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunub.

Gecədə çıxış edən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, müsabiqə Milli Musiqi və Qlobal Cəmiyyəti ilə Azərbaycan-Amerika Musiqi Fondunun birgə təşkilatçılığı ilə baş tutur. Müsabiqənin məqsədinin dahi bəstəkarın əsərlərini plagiatçılıqdan qorumaq, dünyada Ü.Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etmək olduğunu vurğulayan Nərgiz Əliyarova deyib: “Əsas məqsədimiz milli musiqimizi xaricdə təmsil etməkdir. Azərbaycan musiqiləri, dahi bəstəkarlarımızın əsərləri zaman-zaman mənfur qonşularımız ermənilər tərəfindən oğurlanmaqdadır. Layihənin ortaya çıxması da, bununla bağlı oldu. Bu işdə bizə köməklik edən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımızı bildirirəm”.

Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının qələbədən sonra bu il fərqli qeyd edilməsindən söz açıb. Qeyd edib ki, müsabiqədəki əsərləri böyük bir sevgi ilə hazırlayıb. O, müsabiqəyə dünyanın müxtəlif ölkəsindən 51 bəstəkarın qatıldığını söyləyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitə adından təşkilatçılara təşəkkürünü bildirib. Vurğulayıb ki, Prezidentin tapşırığı ilə xaricdə yaşayan soydaşlarımıza dəstək göstərilir.

Sonra müsabiqədə qalib gələn bəstəkarlar mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib. Musiqili gecədə Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, “cadeNZa” ansamblı, Nərgiz Əliyarova (piano), Gülnaz İsmayılovanın (vokal) ifasında Üzeyir Hacıbəylinin və müsabiqə qaliblərinin əsərləri səslənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.