ELM VƏ TƏHSİL


Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 85 nəfər uğur qazanıb

Bakı, 4 avqust, AZƏRTAC

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AZƏRTAC DİM-in avqustun 4-ü saat 17:40-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 85 nəfər uğur qazanıb. Onlardan 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Kənd Təsərrüfatı Nazirliyində, 16-sı Dövlət Statistika Komitəsində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.