İDMAN


“Valensiya” yarımmüdafiəçi Daniel Vassı transfer edib

Bakı, 10 iyul, AZƏRTAC 

“Selta” klubunun yarımmüdafiəçisi Daniel Vass futbol üzrə İspaniya çempionatında öz karyerasını “Valensiya”da davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı futbolçu yeni klub ilə 2022-ci il iyunun 30-dək kontrakt imzalayıb. Daniel Vass üçün müəyyən edilən dəbbə pulunun məbləği 80 milyon avrodur.

Vass 2015-ci ildə “Evian” klubundan “Selta”ya transfer olunub. Bu klubun heyətində İspaniya çempionatının üç mövsümündə 35 matçda oynayan yarımmüdafiəçi dörd qola və qolla nəticələnən səkkiz ötürməyə imza atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.