CƏMİYYƏT


Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları təsdiq edilib

Bakı, 27 fevral, AZƏRTAC

Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmandan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə, bununla əlaqədar zəruri tədbirlərin görülməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Fərman əsasən Ədliyyə, Daxili İşlər, Səhiyyə və Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, habelə yerli icra hakimiyyəti orqanları valideyn himayəsindən məhrum olmuş uşaqların vahid uçota alınması məqsədilə bir ay müddətində onlar haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə daxil edəcək səlahiyyətli şəxsləri müəyyən edərək onların elektron imza ilə təmin olunmasını təşkil etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.