İDMAN
“Varşava-2020”: Güləşçimiz Taleh Məmmədov erməni rəqibini məğlub edərək yarımfinala adlayıb
Bakı, 23 aprel, AZƏRTAC
Yunan-Roma güləşçimiz Taleh Məmmədov Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşdə bolqarıstanlı Nikolay Viçevə qalib gəlib. Dörddəbir final mərhələsində Ermənistan idmançısı Qraçya Poqosyanı məğlub edən T.Məmmədov yarımfinalda latviyalı Aleksandrs Jurkjans ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]