İQTİSADİYYAT


Vergi Məcəlləsində vergiödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatları ilə bağlı yenilik edilib

Bakı, 17 yanvar, AZƏRTAC

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə vergiödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatları ilə bağlı yenilik edilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, yeniliklərin əsas məqamlarını İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı - ekspert Cavid Vəlizadə açıqlayıb.

O, bildirib ki, Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə vergiödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında bəzi məlumatlar göstərilməlidir.

Sözügedən məlumatlara elektron qaimə-fakturanın seriya və nömrəsi, tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi, borc ödənişləri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi, eləcə də avans ödənişləri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.