REGİONLAR
Vergilər naziri Ağsuda vətəndaşları qəbul edəcək
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 2017-ci ilin iyulun 21-də vergilər naziri Fazil Məmmədov Ağsu şəhəri Vergiödəyicilərinə Xidmət Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi) Ağsu, Qobustan, Şamaxı və Kürdəmirdən olan vətəndaşları qəbul edəcək.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergiödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Ağsu, Qobustan, Şamaxı və Kürdəmirdən olan vətəndaşlar Şamaxıda 4 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Gərayev Müşfiq Vaqif oğlu, əlaqə telefonu (020-26-5-15-22), mobil (050-474-62-56), Ağsu Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Orucov Mehman Şakir oğlu, əlaqə telefonu: (020-225-50-39), mobil (055-649-23-05), Qobustan Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Orucov Daşqın Nadir oğlu, əlaqə telefonu: (020-245-27-06), mobil (055-481-55-22) və Kürdəmir Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Xudiyev Elşən Şərafəddin oğlu, əlaqə telefonu: (020-255-20-31), mobil (050-406-09-90) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.