REGİONLAR


Vergilər naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Bakı, 5 iyul, AZƏRTAC 

Vergilər naziri Mikayıl Cabbarov iyulun 13-də saat 11:00-da Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 1) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayon sakinlərini qəbul edəcək.

Bu barədə AZƏRTAC-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib.

Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 5-dən 12-dək Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı, Balakən və Qax rayonlarında yerləşən vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.