REGİONLAR


Vətən müharibəsinin şəhidi Osman Cəfərovun ad günü məzarı yanında qeyd olunub

İmişli, 17 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsində könüllü olaraq döyüşlərə yollanan və qəhrəmancasına döyüşərək şəhid olan Osman Cəfərovun ad günü qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri verir ki, Osman Cəfərov 1998-ci il iyunun 17-də İmişli rayonunda dünyaya göz açıb. Ürəyində Vətən sevgisi olan Osman torpaqlarımızın erməni təxribatçılarından azad edilməsi uğrunda başlayan Zəfər yürüşündə iştirak edib. O, Vətənin səsinə səs verib, tərəddüd etmədən döyüşlərə yollanıb. İlk döyüş yolu Füzuli-Cəbrayıl istiqamətindən başlayıb, bir çox uğurlu tapşırıqların yerinə yetirilməsində şücaəti ilə seçilib. Osman Qubadlı uğrunda gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub, xeyli canlı qüvvəsini məhv edib. Son döyüş yeri isə Laçın torpaqları olub. O, son mərmisinə qədər döyüşərək şəhadətə ucalıb.

Osman Cəfərovun doğum günündə İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd ictimaiyyəti onun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Osman Cəfərov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.