Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaş məktubları: Fəxr edirik ki, xalqımızın qeydinə qalan, onun sağlamlığını hər şeydən üstün tutan Sizin kimi Prezidentimiz var

Vətəndaş məktubları: Fəxr edirik ki, xalqımızın qeydinə qalan, onun sağlamlığını hər şeydən üstün tutan Sizin kimi Prezidentimiz var

Bakı, 2 may, AZƏRTAC

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edir.

Cəbrayıl rayonundan Qarabağ müharibəsi veteranı, Əməkdar müəllim Rəhim Rəhimov yazır: “Hörmətli cənab Prezident, 1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik edən şəxslər ölkəni çətin durumda qoyub qaçdılar. Atanız, ulu öndər Heydər Əliyevə xəzinəsi boş, anarxiyanın hökm sürdüyü dövlət miras qalmışdı. Xalq meydanlara xalq-Heydər, Heydər-xalq sədaları ilə çıxdı və nicat tapdı. Qısa zaman kəsiyində səsimiz yüksək tribunalardan gəldi. Siz Ulu Öndərin yolunu şərəflə davam etdirirsiniz. Siz bu çətin virus dönəmində xalqın yanındasınız. İnanırıq ki, Siz Mehriban xanımla qoşa qanad olub, xalqımızı bu virus burulğanından da çıxaracaqsınız. Xalqı ağuşuna alan qanadlarınız möhkəm, kölgəniz qalın, yolunuz uğurlu olsun! Allah amanında!”.

Hacıqabul rayonundan Emil Tahirovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident. Sizi səmimi qəlbdən salamlayıram. Ölkəmizdə pandemiya ilə mübarizədə yaxşı nəticələr əldə olunmasına görə Sizə təşəkkür edirəm. Bu nəticələrdə Sizin böyük əməyiniz var. Azərbaycanda təhsilə böyük diqqət göstərilir. Buna görə də Sizə və Mehriban xanıma minnətdarlığımı bildirir, yeni uğurlar arzulayıram. Hər şeyə görə çox sağ olun, əziz Prezidentimiz!”.

Ağdam rayonundan məcburi köçkün Təvəkkül Xuduyev: “Hörmətli cənab Prezident, mən ölkəmizin dilbər guşələrindən olan Ağdam rayonunda anadan olmuşam. Mənfur ermənilərə görə elimdən, yurdumdan köçkün düşmüşəm. Hazırda dövlət tərəfindən Mingəçevir şəhərində salınmış Yeni Həyat qəsəbəsində yaşayıram. İşsiz kimi qeydiyyatda idim. Xüsusi karantin rejimi ilə əlaqədar heç bir işlə məşğul olmasam da, dövlətimiz məni birdəfəlik ödəmə ilə təmin etdi. Buna, həmçinin koronavirusla mübarizədə həyata keçirilən digər tədbirlərə görə qəsəbəmizin sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və xalqımızı qorusun!”.

Cəlilabad rayonunun Göytəpə şəhərindən Əməkdar müəllim Elmira Abbasova: “Möhtərəm cənab Prezident, bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı indiki vaxtda Azərbaycanda yaşamağımız bizim üçün böyük səadətdir. Çünki Avropanın, Amerikanın və Asiyanın inkişaf etmiş dövlətlərini diz çökdürən bu gözəgörünməz bəladan ən az ziyan çəkən ölkələrdən biri Azərbaycandır. Bu isə Sizin müdrik, uzaqgörən və alternativsiz siyasətinizin real nəticəsidir. Əgər vaxtında qabaqlayıcı tədbirlər görməsəydiniz biz də İtaliyanın, İspaniyanın, Fransanın, ABŞ-ın, İranın və digər dövlətlərin aqibəti ilə üzləşəcəkdik. Bütün bunlara görə xalqımız Sizə və ən yaxın silahdaşınız Mehriban xanıma sonsuz minnətdardır. Cənab Prezident, Siz təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qayğısına qalırsınız. Biz bunu Sizin təşəbbüsünüzlə bu yaxınlarda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfransında əyani şəkildə gördük. Həmin konfransda vəziyyətdən daha az itkilərlə çıxmaq üçün irəli sürdüyünüz dəyərli təkliflər bütün dövlət başçıları tərəfindən yüksək qiymətləndirildi. Sizin kimi müdrik liderin rəhbərlik etdiyi bir ölkənin vətəndaşı olmağımızdan qürur duyuruq. Koronavirus dövründə həyata keçirilən qlobal tədbirlər xalqla iqtidarın birliyini daha da möhkəmləndirdi. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız cəmiyyətdə şüara çevrilərək, insanları bir-birinə daha möhkəm bağladı. Allah Sizi üstümüzdən əskik etməsin!”.

Cəbrayıl rayonundan Elşən Feziyev: “Hörmətli cənab Prezident, həqiqətən mən bir vətəndaş olaraq Sizin uzaqgörən siyasətinizin vurğunuyam. Sizin düzgün və vaxtında verilmiş qərarlarınızın nəticəsidir ki, koronavirus pandemiyasından az itkilərlə xilas olmaqdayıq. Çünki biz Sizin hər bir əmrinizə və tövsiyələrinizə canla-başla riayət etdik. Tətbiq edilən xüsusi karantin rejimi ilə bu pandemiya zəncirini uğurla qırdınız və yenidən azad həyatımıza davam etməyə başlayırıq. Cənab Prezident, Azərbaycanı inkişaf etmiş ölkələrdəki vəziyyətlə müqayisə etsək, doğurdan da fəxarət hissi yaradacaq addımlarınızın şahidi oluruq. Dünyanın probleminə çevrilmiş gözəgörünməz düşmənlə mübarizədə Siz daha bir uğura imza atdınız. Buna görə şəxsən öz adımdan və ailəmin adından Sizə uzun ömür, cansağlığı arzulayıram. Biz Sizinlə fəxr edirik. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq!”.

Yardımlı rayonundan Alıquli Canəliyev və Əhmədağa Mirağazadə yazırlar: “Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanı böyük bəladan qurtardığını yaxşı xatırlayırıq. Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun! İndi isə onun layiqli davamçısı kimi Siz Azərbaycan xalqını bu ağır xəstəlikdən qurtarmaqdasınız. Siz vədlərinizi öz işinizlə sübut etdirirsiniz. Hər bir azərbaycanlı Sizin üçün insan amilindən yüksək bir amalın olmadığını dərk edir. Cənab Prezident, Siz çox uzaqgörən, humanist, müdrik və alicənab insansınız. Tutduğunuz bu haqq yolunda Sizə uğurlar arzulayırıq. Bizə olan bu qayğı və diqqətə görə Sizə Yardımlı rayonunun Sırıq və Tilə kəndlərinin ağsaqqalları adından dərin təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun! Siz də bizi”.

Bakının Nərimanov rayonundan Səhrab Mikayılov, Miri Həsənov və Səmayə İbrahimova yazırlar: “Çox hörmətli cənab Prezident, Sizin dünyəvi bəla olan koronavirusla bağlı ölkəmizdə gördüyünüz qabaqlayıcı tədbirlər xalqımızı böyük fəlakətlərdən xilas etməkdədir. Yaranmış bu gərgin vəziyyət tərəfinizdən düzgün qiymətləndirilməklə yanaşı, vətəndaşlarımızın maddi vəziyyəti də nəzərə alındı. Biz sadə vətəndaşlar fəxr edirik ki, xalqımızın qeydinə qalan, onun sağlamlığını hər şeydən üstün tutan Sizin kimi Prezidentimiz var. Cənab Prezident, gördüyünüz və görəcəyiniz işlərə, fədakar əməyinizə görə Nərimanov rayonunun təqaüdçüləri adından Sizə dərin təşəkkür edir və böyük Allahdan cansağlığı, ailə səadəti arzulayırıq”.

Bakı şəhərinin sakini Rəfiqə Kərimli: “Möhtərəm cənab Prezident, mən bu məktubu Sizə qürurdan doğan göz yaşları ilə yazıram. Ölkəmizin belə bir çətin günündə, sadəcə, öz peşə borcumuzu yerinə yetirərək xalqımıza, dövlətimizə lazımlı olduğumuzu düşünərək qürur hissi keçirirəm. Artıq 25 gündür karantin rejimində işlədiyimizə görə evimizə, ailəmizin yanına gedə bilmirik. Dünən oğlumun ad gününü birlikdə keçirə bilmədik. Ancaq Heydər Əliyev Fondu bizi tək qoymadı, oğlumu ən gözəl hədiyyələrlə təbrik etdi. Bu, mənim və ailəm üçün ən unudulmaz ad günü oldu. Mən oğlumu təbrik edə bilməsəm də, Sizlərin sayənizdə, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin sayəsində sosial şəbəkələrdən oğlumun ad gününü minlərlə insan təbrik etdi. Bu, məni o qədər təsirləndirdi ki, Sizə məktub yazaraq minnətdarlıq etməyi özümə borc bildim. Həmçinin Mehriban xanıma demək istəyirəm ki, Siz gözəl ana, şəfqətli insan, örnək xanım, əsl ziyalı, çarəsizlərin ümid yerisiniz. Xalq və biz ziyalılar, cənab Prezident Sizi və Mehriban xanım Əliyevanı həmişə öz himayəçimiz kimi görür, sevir, dəstəkləyir. Daim arxanızdayıq”.

Qazax rayonunun Yuxarı Salahlı kəndinin sakini Ruslan Vəliyev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ilk növbədə, qeyd etmək istəyirəm ki, mən bir Azərbaycan gənci olaraq Sizin yürütdüyünüz məqsədyönlü siyasəti bəyənir və dəstəkləyirəm. Təəssüf ki, 2020-ci ildə dünyamız, doğma Vətənimiz, canımız Azərbaycanımız böyük bəla ilə üzləşdi. Lakin Sizin və hörmətli Mehriban xanımın qətiyyətli qərarları ilə ölkəmiz bu bəladan da üzüağ çıxmaqdadır. Əminəm ki, apardığınız müdrik siyasət sayəsində biz gənclər yenidən ölkəmizin uğurlu gələcəyi olacağıq. Mən Sizə və hörmətli Birinci vitse-prezidentimizə Azərbaycan gənci kimi dərin təşəkkürümü bildirirəm. Allah Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma cansağlığı versin. Allah Sizi qorusun! Biz birlikdə güclüyük!”.

Salyan rayonunun Kərimbəyli kəndindən Aqil Fətiyev, Orxan Hüseynov, Humay Vəliyeva, Səbinə Əkbərova və Fərəhman Mahmudov dövlətimizin başçısına ünvanladıqları məktubda qeyd edirlər: “Çox hörmətli cənab Prezident, bu gün dünyanın böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Dünyada qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə verdiyiniz qərarlar, gördüyünüz təxirəsalınmaz tədbirlər, ən əsası, Sizin çağırışınız ətrafında xalqımızın həmrəyliyə dəvət olunması çox mühüm təşəbbüs və addımlardan oldu. Cənab Prezident, Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxmısınız. Biz Azərbaycan xalqı olaraq inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq çıxacağıq. Yaşlı nəslin nümayəndələri olaraq dövlətimiz tərəfindən bizə göstərilən qayğıya görə Sizə minnətdarıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun!”.

Ucar şəhərinin sakinləri Hamiz Maxsudov və Xəzər Ələsgərov yazırlar: “Hörmətli cənab Prezident, Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz fədakarlıqları biz ucarlılar çox yüksək qiymətləndiririk. Sizin məqsədyönlü işləriniz, vaxtında görülən tədbirləriniz hesabına biz böyük bir çətinliyi dəf etməkdəyik. Bütün dünyaya sübut etdiniz ki, biz hər bir işdə olduğu kimi, koronavirusla mübarizədə də doğru yolla getdik. Uğurlu yol seçmək və bu yolla inamla addımlamaq böyük bacarıq və qətiyyət tələb edir. Çox şadıq ki, bunların hamısı Sizdə cəmləşib. Cənab Prezident, Sizi dəstəkləyir, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Siz Azərbaycan xalqının fəxrisiniz”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır