MƏDƏNİYYƏT


Vətənpərvərlik mövzusuna həsr olunmuş videoçarxlar izləyicilərə təqdim edilib

Bakı, 26 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı məktəbli dostlarının hazırladığı vətənpərvərlik mövzusuna həsr edilmiş videoçarxları virtual izləyicilərə təqdim edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxlar kitabxananın “Facebook” və “Instagram” səhifələrində yayımlanıb.

Uşaqların vətənpərvərlik mövzusunda söylədikləri şeirlər izləyicilər tərəfindən maraqla qarşılanıb. Hər bir uşağın sevə-sevə söylədiyi şeirlərdə vətən sevgisini, qələbə sevincini duymaq olur. Gələcəyimiz olan bu uşaqların dilindən eşitdiyimiz şeirləri dinlədikcə bir daha əmin oluruq ki, Azərbaycanımızın gələcəyi parlaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.