ELM VƏ TƏHSİL
“Vikipediya” elmin inkişafı baxımından faydalıdır
Bakı, 22 sentyabr, AZƏRTAC
ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MTİ) və Pittsburq Universitetinin alimləri tədqiqat işlərində tez-tez “Vikipediya”dakı məqalələrə istinadların olması təcrübəsini elm üçün faydalı hesab ediblər.
AZƏRTAC hitech.newsru.com saytına istinadla xəbər verir ki, alimlər tədqiqatın gedişatında doktorantlara elmlə bağlı “Vikipediya”da olmayan bir neçə məqalə hazırlamağı tapşırıblar. Hazırlanmış materialların yarısı internet-ensiklopediyada yerləşdirilib. Bir müddət sonra onlar müəyyən ediblər ki, “Vikipediya”ya yüklənmiş məqalələr digər tədqiqatçıların elmi işlərində minlərlə baxış və istinad alıb.
MTİ-nin professoru Nil Tompsonun sözlərinə görə, “Vikipediya” elmdə baş verənlər haqqında yalnız qeydlərdən ibarət deyil, həm də elmi formalaşdırmağa kömək edir.