ELM VƏ TƏHSİL
“Vikipediya”da Xalq Artisti Rasim Balayevin 70 illik yubileyi ilə bağlı dörd dildə məqalə yerləşdirilib
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Rasim Balayevin anadan olmasının 70 illiyi ilə bağlı sənətkar haqqında Azərbaycan dilində “Vikipediya”dakı məlumat dörd dilə çevrilib.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, MEK-in sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ərəb, fars, gürcü, türk dillərində olan “Vikipediya”larda R.Balayev haqqında məqalələr yaradılıb. Məqalələr gürcü dilində araşdırmaçı Mehman İbrahimov, ərəb və fars dillərində tərcüməçi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.