DÜNYA


“Vışeqrad dördlüyü”nün 30 ili tamam olur

Budapeşt, 16 fevral, AZƏRTAC

Bu gün “Vışeqrad qrupu”nun 30 illik yubileyidir.

AZƏRTAC xəbər verir ki, düz 30 il bundan əvvəl, 1991-ci il fevralın 16-da Macarıstanda, Dunay çayı sahilindəki Vışeqrad qalasında Mərkəzi Avropanın ovaxtkı üç dövləti – Çexoslovakiya, Macarıstan və Polşa birgə tellərlə bağlanaraq, inteqrasiya, demokratiya və əməkdaşlıq kursunu seçdilər. Bu ittifaq bəyan edildiyi kimi, həmrəylik, dəstək və qarşılıqlı hörmət əsasında yaradılmışdı.

Müqavilənin imzalanması üçün məhz Vışeqrad qəsrinin seçilməsi təsadüfi deyil. Məhz burada 1335-ci ildə macar kralı I Robert, çex kralı Yan Lüksemburqski və Polşa kralı III Böyük Kazimir siyasi və ticari məsələlərdə sıx əməkdaşlıq və daimi dostluq barədə müqavilə imzalayıblar. Təqribən yeddi əsr sonra, 1991-ci ildə elə həmin qəsrdə Çexoslovakiya Prezidenti Vatslav Havel, Macarıstanın Baş naziri Yojef Antall və Polşa Prezidenti Lex Valensa yeni ittifaqda öz münasibətlərini möhkəmlətmək üçün görüşdülər. Nəticədə, Çexoslovakiyanın sülh yolu ilə bölünməsindən sonra “üçlük” “dördlüyə” çevrildi.

Qrupu bəzən qısa olaraq “V4”, bəzən də sadəcə olaraq “Vışeqrad dördlüyü” adlandırırlar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.