İDMAN


Voleybol üzrə Avropa çempionatı: Niderland millisi dörddəbir final mərhələsinə vəsiqəni təmin edib

Bakı, 27 sentyabr, G.Mahmudlu, P.Rəhimova, AZƏRTAC

Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsində günün sonuncu oyununda Niderland və Xorvatiya komandaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, matçın birinci setində niderlandlı voleybolçular xorvatiyalı rəqiblərinə asanlıqla qalib gəliblər - 25:18. Görüşün ikinci setində də Niderland kollektivi Xorvatiya komandasından üstün olub - 25:8. Qarşılaşmanın üçüncü seti maraqlı mübarizə ilə yadda qalıb. Setə daha fəal başlayan Xorvatiya yığması hesabda 6 xal önə çıxmağa nail olub. Lakin əzmkar mübarizə aparan Niderland komandası fərqi aradan qaldırmağı bacarıb. Setin sonları isə daha gərgin keçib. Burada daha inamlı oyun nümayiş etdirən hollandiyalılar 25:21 hesabı ilə qalib gəliblər. Ümumi nəticədə 3:0 hesabı ilə üstün olan Niderland millisi dörddəbir final mərhələsində İtaliya yığmasına rəqib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.