İQTİSADİYYAT
Vüqar Zeynalov: Türk iş adamları ilə birgə Qarabağı tezliklə dirçəldəcəyik
Bakı, 21 yanvar, AZƏRTAC
Türkiyə iş adamları ilə birlikdə işğaldan azad edilmiş ərazilərimizi tezliklə dirçəldəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov Azərbaycanda səfərdə olan “TÜMKİAD” İş adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyəti ilə görüşdə deyib.
O bildirib ki, 2021-ci il Azərbaycanda böyük quruculuq ilidir və iqtisadi inkişafla bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlərdə özəl sektor, sahibkarlar da fəal iştirak edəcəklər.
Sahibkarlar Konfederasiyası bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş dəstək verir deyən konfederasiyanın vitse-prezidenti iki ölkə arasında biznes forumların keçirilməsinin vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:05]
Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub
- 26.04.2024 [18:58]
“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq
- 26.04.2024 [18:53]
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 26.04.2024 [17:56]
AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir
- 26.04.2024 [17:54]
Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır
- 26.04.2024 [17:48]
® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib
- 26.04.2024 [17:37]
STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək
- 26.04.2024 [17:22]