İQTİSADİYYAT
Vüsal Kərimli: Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramının icrası ilə bağlı BNA-da işçi qrupu yaradılıb
Bakı, 22 yanvar, Elvin Camalov, AZƏRTAC
“Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Bakı Nəqliyyat Agentliyində (BNA) işçi qrup yaradılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” yol infrastrukturuna göstərilən diqqətin göstəricisidir: “Dövlət Proqramında BNA-nın öhdəliyinə düşən müəyyən tapşırıqlar var. Proqramın hazırlanmasında agentlik də yaxından iştirak edib. Dövlət Proqramının icrası ilə bağlı artıq işçi qrupu hazırdır və proqramda göstərilən tapşırıqların əksəriyyətinin icrasına ötən ildən başlanılıb”.