Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüsal Qasımlı: İlin ilk yarısında milli iqtisadiyyat çətin sınaqlardan çıxdı

Vüsal Qasımlı: İlin ilk yarısında milli iqtisadiyyat çətin sınaqlardan çıxdı

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın nəticələrini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib: “Prezident İlham Əliyevin hökumətin qarşısına qoyduğu bütün tapşırıqlar üzrə qənaətbəxş nəticələr var. Makroiqtisadi sabitliyin qorunması, COVID-19-un yayılma sürətinin nəzarətə anılması, iş yerlərinin saxlanılması, pandemiyanın sosial təsirlərinin azaldılması, korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, su resurslarının səmərəli idarə edilməsi, ərzaq təhlükəsizliyi və rəqabət qabiliyyəti arasında balansın qurulması, sahibkarlığın dəstəklənməsi sahələrində sistemli işlər aparılıb. Pandemiya əleyhinə tədbirlərin maliyyə tutumu 3,5 milyard manata çatmaqla ÜDM-in 4,3 faizini təşkil edir. Qlobal şokların, “OPEC+” öhdəliyinə uyğun neft hasilatının azalmasının və pandemiyanın təsiri ilə Azərbaycanda bu ilin ilk 6 ayında ÜDM 2,7 faiz düşsə də, qeyri-neft-qaz sənayesi 11,2 faiz, bitkiçilik 1,1 faiz, heyvandarlıq 3,2 faiz, informasiya və rabitə xidmətləri isə 4,4 faiz artıb. Təqdirəlayiq haldır ki, Azərbaycanda mədənçıxarma sənayesində azalma qeydə alınsa da, emal sənayesi və elektrik enerjisi sənayesində artım var. Beləliklə, bir tərəfdən ölkədə sənaye həcmi artır, digər tərəfdən isə sənayenin strukturu xammaldan hazır məhsullara doğru yerdəyişmə edir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası - “Azərbaycan” İstilik Elektrik Stansiyası və onun hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 bloku yenidənqurmadan sonra bu il istifadəyə verilib. Emal sənayesində artım əsasən əczaçılıq, avtomobil, qoşqu və yarımqoşqular, metallurgiya, kompüter, elektron və optik məhsullar, kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı sahəsində olub. Əvvəlcədən də gözlənildiyi kimi, pandemiyanın təsiri altında ictimai iaşə, nəqliyyat, logistika, turizm və tikinti kimi sahələrdə geriləmə qaçılmaz olub. Məsələn, bu ilin yanvar-iyun aylarında Azərbaycana 152 ölkədən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib”.

Azərbaycanın liderlik etdiyi regional layihələr hətta pandemiya şəraitində belə töhfələr verir deyən V.Qasımlının sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu ilin ilk yarısında daşınmış yüklərin həcmi 3,7 dəfə artıb. “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə cari ilin ilk dörd ayı ərzində 3 milyon ton, “Şimal-Cənub” nəqliyyat dəhlizi 800 min ton yük daşınıb.

V.Qasımlı bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, bu il dünyada dövlət borcu ötən illə müqayisədə 19 faiz artaraq ÜDM-in 101 faizini keçəcək. Müqayisə üçün bu göstərici Azərbaycanda orta dünya səviyyəsindən beş dəfə aşağıdır. BVF aşağıdakı alətlərdən istifadə edərək böhranla üzləşən ölkələrə işlərini sahmana salmaq üçün möhlət verir: yoxsulluğun azaldılması və böyümə güvəni (PRGT), stand-by razılaşmalar (SBA), stand-by kredit mexanizmi (SCF), genişləndirilmiş fond mexanizmi (EFF), genişləndirilmiş kredit mexanizmi (ECF), çevik kredit xətti (FCL), ehtiyat və likvidlik xətti (PLL), sürətli maliyyələşdirmə aləti (RFI) və sürətli kredit mexanizmi (RCF). Eləcə də, Dünya Bankı, Asiya İnkişaf Bankı, Böyük 20-lik və digər beynəlxalq təşkilatlar, habelə inkişaf etmiş ölkələr çətin iqtisadi duruma düşən dövlətlərə yardımlar edirlər. Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə daha çox daxili resurslarına əsaslanır və xarici borclanmaya üstünlük vermir. “Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanda makroiqtisadi dayanıqlılığın əsas qarantı kimi ölkənin valyuta rezervlərini göstərir. Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 55 dollar nəzərdə tutulduğu halda, bu ilin ilk 6 ayı ərzində neftin orta qiyməti 38 dollar olub. Buna baxmayaraq, ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatlarının azalması 100 milyon dollara çatmayıb”.

İcraçı direktor, həmçinin manatın sabitliyini və inflyasiyanın 3 faizlik həddə olmasını xüsusi qeyd edib: “Bu göstəricilər makro-iqtisadi sabitlik və iqtisadiyyatın proqnozalaşdırılması baxımından müsbət olduğu qədər, həm də pandemiyanın həssas təbəqələrin sosial vəziyyətinə təsirini azaldır”.

V.Qasımlının sözlərinə görə, ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri proqnozdan 2,9 faiz, xərcləri isə 0,9 faiz çox olmaqla büdcədə 292 milyon manat və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb: “Azərbaycanın dövlət büdcəsinin icrası Dövlət Neft Fondundan proqnoza uyğun transfertin köçürülməsi, vergi və gömrük orqanları tərəfindən ilk 6 ay ərzində proqnozdan əlavə 425 milyon manat gəlirin təmin edilməsi, habelə xərclərin optimallaşdırılması nəticəsində profisitlə qeydə alınıb. Fiskal institutların yaradılması, o cümlədən büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, sektor strateji plan, maliyyə nəzarəti fəaliyyətinin təkmilləşdirilməsi və yeni audit növlərinin tətbiqi istiqamətində fəaliyyətlər davam etdirilir. Büdcənin dürüstləşdirilməsi məhz yeni makroiqtisadi və fiskal çərçivəni tərtib etməklə gerçəkləşdirilə bilər ki, bu barədə Azərbaycan Prezidentinin hökumətə müvafiq tapşırığı oldu.

Pandemiya şəraitində dövlət büdcəsi hesabına sosial layihələr daha da genişləndirilib və ilk 6 ayda sosial xərclər 5 milyard manata yaxınlaşmaqla, ilk dəfə büdcənin 42,5 faizini təşkil edib. Məsələn, bu il rekord sayda - 7 min köçkün və 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək, özünüməşğulluq rekord həddə - 12 min ailəni əhatə edəcək, ödənişli ictimai işlər ilk dəfə olaraq 90 minə çatdırılacaq, ünvanlı sosial yardım alanların sayı 85 min ailəyə və ya 300 mindən çox insana çatacaq. Hər zaman olduğu kimi pandemiya dövründə də vətəndaşların sosial rifahı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tərəfindən əsas diqqət ayrılan məsələ olub. Məhz bu dönəmdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə 4,8 milyon insanı əhatə edən və cari il üçün müvafiq istiqamətdə həyata keçirilən tədbirlərə ayrılan vəsaitə əlavə olaraq 600 milyon manatlıq paket təqdim olunub. Vətəndaşların sosial rifahının yaxşılaşdırlması məqsədilə həyata keçirilən tədbirləri 4 əsas istiqamət üzrə qruplaşdırmaq olar: əmək müqaviləsi ilə işləyən şəxslərin iş yerlərinin qorunması; işsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması; özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi; sosial layihələrin əhatə dairəsinin genişləndirilməsi”.

O, həmçinin qeyd edib ki, yarım ildə pandemiyanın bankların kapital dayanıqlılığına mənfi təsirlərini azaltmaq məqsədilə prudensial çərçivədə addımlar atılıb, requlyativ tətillər verilib, istehlakçıların hüquqlarının qorunması istiqamətində fəaliyyətlər davam etdirilib, əlavə kredit ekspansiyasına şərait yaradılması, digitallaşmaya keçidin təşviqi və maliyyə inklüzivliyinin artırılmasına dəstək üzrə tədbirləri əhatə edən genişmiqyaslı dəstək proqramı qəbul edilib: “Manatın sabitliyi, uçot dərəcəsinin azaldılması, likvidliyin tənzimlənməsi, inflyasiyanın təkrəqəmli həddə nəzarətdə olması, rəqəmsal ödənişlərin böyüməsi, əmanətlərin tam sığortalanması, problemli kreditlərin həlli və 4 bankın və bir sığorta şirkətinin sektordan uzaqlaşdırılması bu sahənin sağlamlığını qorumaq üçün baza tədbirləridir. Antipandemiya tədbirləri çərçivəsində mövcud 1 milyard manatlıq kredit portfeli üzrə faiz subsidiyaları, habelə yeni kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması, bütövlükdə 1,5 milyard manat kredit portfelinə dəstəkdir. Üstəlik banklara verilən requlyativ güzəştlərin hesabına 1 milyard manat mövcud kredit portfelinin də restruktrizasiyasına başlanılıb ki, bu da əhaliyə və biznesə kredit borcları üzrə verilən möhlətdir. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı göstəriciləri üzrə azalma qeydə alınsa da, ümumilikdə bu göstəricilər üzrə cari trendlər ötən illə müqayisədə daha yüksəkdir. Belə ki, cari tarixə sektorun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faizlik artım nümayiş etdirib. Bank sektoru rentabelli şəraitdə fəaliyyət göstərmiş və bank sisteminin xalis mənfəəti 315 milyon manata çatıb. İlin əvvəlindən biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 2,2 faiz artıb, istehlak kreditləri isə 4,8 faiz azalıb”.

İİTKM-in rəhbərinin fikrincə, ilin ilk yarısında Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Ümumdünya Turizm Təşkilatı, “Microsoft”, CISCO, “Signify” kimi beynəlxalq qurumlar və aparıcı şirkətlərin rəhbərləri Prezident İlham Əliyevlə görüşə təşəbbüs göstərməklə, həm də Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə maraqlarını ifadə etmişdilər: “Azərbaycan Prezidentinin tapşırığı əsasında hazırlanan rəqəmsal transformasiya proqramı ölkəmizin 4-cü sənaye inqilabının tələblərinə uyğun inkişafını təmin etməlidir. Bu ilin əvvəlində Davosda Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyuldu”.

V.Qasımlı bildirib ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 7,7 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,3 milyard dollar və ya 23 faiz azalıb: “Bu müddətdə Azərbaycanın idxalı isə 5 milyard dollar təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 2 milyard dollar və ya 29 faiz azalıb. Nəticədə bu ilin yanvar-iyun ayları üzrə ticarət dövriyyəsində 2,7 milyard dollar dəyərində müsbət saldo yaranıb. COVID-19 pandemiyasının təsiri ilə cari ilin ilk 6 ayında qeyri-neft sektoru üzrə azalma müşahidə edilsə də, bir sıra sahələrdə artım da qeydə alınıb. Belə ki, cari ilin ilk yarısında meyvə-tərəvəz ixracı 328 milyon dollar təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artıb. Çay ixracında 5,9 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracında 41 faiz artım olub. Maraqlı fakt odur ki, bu ilin ilk 6 ayında və 2015-ci ildə eyni həcmdə idxala görə, gömrük daxilolmaları 3 dəfəyə qədər artıb ki, bu da şəffaflığın hesabına mümkün olub. “İqtisadiyyatın ağardılması” hesabına əldə olunan gəlirlər isə ilk növbədə sosial rifahın yaxşılaşdırılmasına yönəldilir”.

“Bu ilin ilk yarısında İrs Fondunun “İqtisadi Azadlıq İndeksi 2020”, Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrayış İndeksi 2019”, Davos İqtisadi Forumunun “Enerji Keçidi İndeksi”, İqtisadiyyat və Sülh İnstitutunun “Qlobal Sülh İndeksi”, BMT-nin Elektron Hökumət Sorğusu, “Davamlı inkişaf hesabatı-2020” və BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) “Dünya Turizm Barometri” kimi hesabatlarında Azərbaycanın mövqeləri yaxşılaşıb”, - deyə V.Qasımlı davam edib.

Ən əsası odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti aşağı neft qiymətləri, ticarət tərəfdaşlarında resessiya, quraqlıq və pandemiya şəraitində öz resursları hesabına və xaricdən dəstək olmadan böhranı idarə edir deyən V.Qasımlının fikrincə, Ermənistanın yeni provokasiyalarının qarşısı xalq-dövlət-ordu həmrəyliyi şəraitində alınıb və düşmənə layiqli cavab verilib: “Azərbaycanın sınaqlara və çətinliklərə sinə gərməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə gücləndirilmiş milli iqtisadiyyatın imkanlarına əsaslanır. Prezidentin tapşırıqlarına uyğun olaraq, iqtisadi imkanlarımızın hesabına növbəti ildə də ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi təmin olunacaq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib VİDEO

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH