Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vyanadan sonrakı çaşqınlıq: Ermənistan hakimiyyətini sarsıdan həqiqətlər

Vyanadan sonrakı çaşqınlıq: Ermənistan hakimiyyətini sarsıdan həqiqətlər

Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmasından sonra erməni mediası absurd və bir-birinə zidd olan informasiyalar yayır. Görünür, onlar danışıqların əsl məzmununun geniş ictimaiyyətə məlum olmasından narahatdırlar. Gah Vladimir Putini ittiham edir, gah da İlham Əliyevin sözlərini təhrif etməyə çalışırlar. Ekspertlər isə obyektiv olaraq Azərbaycanın Ermənistanı həm diplomatiyada, həm iqtisadi inkişafda, həm də ordu quruculuğunda xeyli üstələdiyini, geosiyasi aspektdə də Azərbaycanın düşməndən çox üstün olduğunu qeyd edirlər. Bütün bu məqamların fonunda Ermənistan siyasi rəhbərliyinin və ekspert dairələrinin çaşqınlığı və narahatlığı açıq hiss edilir. Həmin bağlılıqda münaqişənin sülh yolu ilə tənzimlənməsi çərçivəsində mövcud vəziyyətin geosiyasi təhlili üzərində geniş dayanmaq istərdik.

Səmimi olmayanda: Ermənistan rəhbərliyi reallığa qarşı

Azərbaycan Prezidenti ilə Vyanada Ermənistan-Azərbaycan münaqişəsini müzakirə etmək Nikol Paşinyana nəsib olandan sonra rəsmi İrəvan növbəti saxta təbliğat kampaniyasına başlayıb. Bu prosesin səthi analizi belə göstərir ki, ermənilər zərrə qədər də olsa ağıllanmayıblar. Əksinə, daha çaşqın, məntiqsiz davranırlar. Onların izah kimi qələmə verməyə çalışdıqları məsələlər reallıqda tamamilə fərqli məntiqə uyğun təhlil edilə bilər. Belə ki, münaqişənin ədalətli həllindən yayınmaq üçün müxtəlif ssenarilər uydurur və onlara uyğun nəticələr çıxarmağa çalışırlar.

Vyana görüşündən sonra Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə telefon danışığı aparan Rusiya Prezidenti Vladimir Putin açıq ifadə edib ki, münaqişənin həlli üçün danışıqlar prosesini sürətləndirmək lazımdır. Münaqişə edən tərəflərin birbaşa müzakirələr aparmasını da ancaq alqışlamaq olar. Məntiqə uyğun olaraq Azərbaycan Prezidenti Vyana görüşü ilə bağlı fikirlərini V.Putinlə bölüşməli idi. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Eynilə, N.Paşinyan da V.Putinə təəssüratlarını danışmalı idi. Bu da təbiidir ki, V.Putin münaqişənin həllinə daha təsirli yardım etməyə hazır olduğunu ifadə edib.

Ancaq bu normal ünsiyyəti erməni mətbuatı bir siyasi şouya çevirməyə çalışır. Burada N.Paşinyanın deyil, V.Putinin ona zəng etdiyi bildirilir. Guya bunun da səbəbi N.Paşinyanın məsələdə daha sərt mövqe tutması ilə bağlıdır. Və daha gülməlisi odur ki, erməni ekspertlər Ermənistanın Rusiyanın təsirindən çıxdığını Kremlin bildiyini və buna görə İrəvana qarşı qərəzli davrandığını iddia edirlər. Rusiyanın bir sıra ekspertləri - kolerovlar, miqranyanlar və digərləri də guya bu səbəbdən Ermənistan haqqında sərt ifadələr işlədirlər.

Bundan başqa, erməni mətbuatı N.Paşinyanın münaqişənin həllinə yardım etdiyinə görə Prezident V.Putinə təşəkkür etmədiyini də yazır. Bunun fonunda isə Azərbaycan Prezidentinin "Ermənistanla müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb" fikrini ifadə etməsini təlaşla vurğulayırlar. Belə bir mövqeni onlar rəsmi Bakının müharibəyə hazırlığı kimi qələmə verir və Moskvaya ermənilərin nəyə görə təşəkkür etməli olduğunu anlamadıqlarını qeyd edirlər.

Bu kimi reallıqdan uzaq və ucuz təbliğata hesablanmış yanaşmalar, əslində, danışıqlar prosesinin məzmununu təhrif etməyə və onu faktiki olaraq dalana dirəməyə xidmət edir. Bunun da səbəbi aydındır. Ermənistan bütün istiqamətlərdə, əsasən də üç sahədə - ordu quruculuğunda, islahatlarda və sosial-iqtisadi inkişafda, nəhayət, geosiyasi aspektdə Azərbaycandan xeyli geridə qalır. Azərbaycanın sürətli inkişafı fonunda bu fərq getdikcə daha aydın surətdə hiss olunur. Artıq həmin məqamı xarici ekspertlər də etiraf edirlər. Onlar belə nəticə çıxarırlar ki, Azərbaycanın Ermənistandan çox güclü olması qalibiyyət üçün İrəvana heç bir şans vermir. Əksinə, əgər Ermənistan müharibəyə başlamaq istəsə, Azərbaycan Ordusu daha genişmiqyaslı əməliyyat keçirib, İrəvana qədər gedə bilər. Bu dəfə hərbi proseslər lokal məkanda getməyəcək. Çünki Azərbaycan 2016-cı ilin Aprel döyüşlərindən lazımi nəticələri çıxarıb, daha koordinasiyalı, güclü və sürətli fəaliyyəti ilə qısa müddətdə erməni silahlı qüvvələrini darmadağın edə bilmək qüdrətinə malikdir.

Təbii ki, bunları erməni siyasi və hərbi dairələri də bilir, buna görə də şantaj və siyasi manevrlər hesabına işğalın ömrünü uzatmağa çalışırlar. Bunun fonunda Ermənistan rəhbərliyi qətiyyən Kremlə qarşı çıxa bilməz. Əksinə, onlar Kremldən Azərbaycana qarşı sərt davranmağı tələb edirlər. Rusiya isə artıq Azərbaycanla daha sıx münasibətlər qurmaqda maraqlıdır. Ermənistana görə Cənubi Qafqazın lider dövləti ilə münasibətlərin soyumasına Rusiya razı deyil. Həmçinin Azərbaycan Rusiya kimi böyük qonşusu ilə əlaqələrin inkişafında maraqlıdır.

Azərbaycanın üstünlüyü: ərazi bütövlüyü bərpa olunacaq!

Onu da vurğulayaq ki, erməni nəşrləri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində diplomatik uğursuzluğundan yazır. Məsələn "Past" qəzeti vurğulayır ki, N.Paşinyan xarici işlər naziri Zöhrab Mnatsakanyanı Moskvaya göndərərək Minsk qrupu həmsədrlərinin Vyana müzakirələrinin nəticələrinə dair birgə bəyanatında erməni baş nazirin əvvəllər ifadə etdiyi fikirlərin heç olmasa bir qisminin yüngül formada da olsa, qeyd edilməsinə nail olmasını istəyib. Ancaq nazir əliboş qayıdıb və bundan N.Paşinyan bərk qəzəblənib. Bu hadisəni qəzet Z.Mnatsakanyanın "ilk ciddi imtahandan kəsilməsi" kimi xarakterizə edir (bax: "Паст": Визит Зограба Мнацаканяна в Москву и гнев премьер-министра - министр "срезался" на своем первом серьезном экзамене / "Tert.am", 2 aprel 2019).

Deməli, Vyanada danışıqlara qədər erməni rəhbərliyi bilirdi ki, tələbləri keçmir. Müzakirələrdə İlham Əliyevin öz ədalətli və obyektiv mövqeyini bir daha əminliklə vurğulamasını da Ermənistan və Rusiyada etiraf edənlər var. Məsələn, "Tert.am" portalına müsahibə verən Ermənistan parlamentinin beynəlxalq əlaqələr komissiyasının keçmiş sədri Vaqram Atanesyan deyib ki, Prezident İlham Əliyevin Azərbaycan xüsusi təyinatlıları ilə görüşü zamanı ifadə etdiyi fikirlər göstərir ki, Vyanada Azərbaycanın dövlət başçısı mövqeyindən qətiyyən çəkilməyib (bax: Заявляя о том, что война продолжится, Алиев попытался внушить, что на переговорах с Пашиняном не отступил от своей позиции - Ваграм Атанесян / "Tert.am", 3 aprel 2019).

Rusiyalı ekspert Aleksandr Xramçixin isə hesab edir ki, Vyanada tərəflər heç bir məsələdə razılığa gələ bilməyiblər (bax: "168 жам": Если риторика настолько обострилась, очевидно, что лидеры Армении и Азербайджана не договорились в Вене ни по одному вопросу - Александр Храмчихин о заявлении Д.Тонояна / "Tert.am", 2 aprel 2019).

Bütün bunlardan rəsmi İrəvanın çıxardığı nəticə aşağıdakı kimidir: danışıqlar prosesini mümkün qədər çətinə salmaq, ortaya dolaşıq tezislər atmaqla Ermənistan və dünya ictimaiyyətini aldatmaq. İstər müdafiə naziri David Tonoyanın Amerikada pafosla danışması, istərsə də xarici işlər naziri Z.Mnatsakanyanın "Artsax öz yerini tutmalıdır" kimi sərsəm fikirlər söyləməsi arxasında həmin məqam dayanır. D.Tonoyan "yeni ərazilər uğrunda yeni müharibə" tezisi ilə dünyanı özünə güldürdü. Çünki ekspertlər də açıq deyirlər ki, Ermənistan ordusu heç bir şərtlər daxilində Azərbaycan Ordusuna qalib gələ bilməz. Azərbaycanın müdafiə nazirinin "Ermənistan hücum etsə, D.Tonoyanla İrəvanda görüşəcəyik" fikri reallığı əks etdirir.

Xarici işlər naziri Z.Mnatsakanyanın Dağlıq Qarabağdakı separatçı-terrorçularla bağlı söylədiyi fikir isə cəfəngiyatdan başqa bir şey deyildir. Danışıqların formatı çoxdan məlumdur. Həm də Dağlıq Qarabağın aborigen əhalisi hələ də yurdlarından didərgin vəziyyətdədir. Bu səbəbdən heç bir halda indi "Dağlıq Qarabağ əhalisinin iradəsi" ifadəsini işlətmək olmaz. Orada hazırda erməni separatizminin tör-töküntüləri və az miqdarda nə vaxtsa, ora köçürülmüş ermənilər vardır.

Təbii ki, bu vəziyyəti hamı bilir, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri. Belə olmasaydı, ermənilərin havadarları çoxdan başqa cür davranardılar. Deməli, Ermənistanın xarici işlər naziri də əsassız danışır və bu, havaya atılmış boş güllədən başqa bir şey deyildir.

Bütün bunlar onu göstərir ki, Vyana danışıqlarından sonra ermənilər daha böyük təşviş içindədirlər. Şəxsən N.Paşinyan Azərbaycan Prezidentinin qətiyyətini, siyasi iradəsini və münaqişədə tutduğu dəyişməz mövqeni öz üzərində hiss etdi. Bəlkə də N.Paşinyan həmin görüşdən sonra siyasətə gəldiyinə çox peşmandır. Ancaq artıq gecdir. Görünür, Ermənistan işğalçı əsgərlərinin Azərbaycan torpaqlarından rədd olması ilə bağlı əmri N.Paşinyan imzalamalı olacaq.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib VİDEO

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir