DÜNYA
Vyetnamda daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 54 nəfərə çatıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Son məlumata görə, Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 54 nəfərə çatıb, daha 39 nəfər isə itkin düşüb.
AZƏRTAC “VnExpress” qəzetinə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Milli Agentlik məlumat yayıb. Daşqınlardan ən çox ölkənin şimalında yerləşən Hoabin əyalətinin zərər çəkdiyi bildirilir. Əyalətdə fövqəladə vəziyyət rejimi elan olunub.
Leysan yağışları və daşqınlar 200-dən çox evin dağılmasına və 30 minə yaxın evin su altında qalmasına səbəb olub. Ölkənin mərkəzində yerləşən Thanhoa, Nqean və Hatin əyalətlərində 5 mindən çox ailə evlərini tərk etmək məcburiyyətində qalıb.
Hökumət təbii fəlakətdən zərər çəkən ərazilərdə yaşayan sakinlərin təxliyəsini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]