“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb
AzerTAg.az
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”in təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması məqsədilə “What Armenians did in Karabakh?” adlı videoçarx ərsəyə gətirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, videoçarxda ermənilərin Şuşa, Zəngilan, Qubadlı, Ağdam məscidlərində və ümumən Qarabağdakı mədəni irs nümunələrimizə vurduğu ziyan, törətdikləri ekoloji terror və tarixi saxtalaşdırmaq cəhdləri faktlarla işıqlandırılaraq dünya ictimaiyyətinə çatdırılıb.
Videoçarxı “Azerbaijan Society Team”in sosial şəbəkə hesablarından izləyə bilərsiniz.
Xəbərin mətnində orfoqrafik səhv var