ELM VƏ TƏHSİL
XINALIQDA İNTERNAT TİPLİ MÜASİR MƏKTƏBBİNASI TİKİLƏCƏKDİR
Nazir kənddəki köhnə orta məktəbin siniflərini gəzmiş, pedaqoji kollektivin üzvləri ilə söhbət etmiş, onların rəy və təkliflərini öyrənmişdir.
Misir Mərdanov müxbirimizə demişdir ki, buraya Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə gəlmişəm. Prezident İlham Əliyev Xınalıqda olarkən tapşırıqlar vermişdi. Məqsədim həmin tapşırıqların icrasını təmin etmək üçün vəziyyətlə bilavasitə yerdə tanış olmaqdır. Xınalıqda yeni müasir məktəb binası tikəcəyik. Elə bu məqsədlə nazirliyin tikinti idarəsinin rəisi də mənimlə Xınalığa gəlmişdir. Dövlətimizin başçısının tapşırığına əsasən, gələn dərs ilinədək Xınalıqda 300 şagird yeri olan müasir məktəb binası tikməliyik. Sabahdan bu işə başlanılacaqdır. Məktəb internat tipli olacaqdır.
Təhsil naziri İbrahim Şahmərdanov adına Qəçrəş kənd orta məktəbində rayon müəllimləri ilə görüş keçirmişdir. Görüşdə təhsilin müasir vəziyyəti barədə açıq söhbət getmiş, problemlər sadalanmış, onların həlli yolları müzakirə olunmuşdur.
Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ərziman Əliyev iştirak etmişdir.