SİYASƏT
XİN: Ermənistan səylərini üçtərəfli Bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltsə daha faydalı olar
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in Ermənistan Xarici İşlər Nazirliyinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə dair sualını cavablandırıb.
AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva cavabında deyib: “Ermənistan Xarici İşlər Nazirliyinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əmin-amanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [21:23]
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
- 07.05.2024 [20:30]
Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]