XOCALI SOYQIRIMININ 14-CÜ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Baş Təhsil İdarəsi XX əsrin ən dəhşətli faciələrindən biri - Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı tədbirlər planı hazırlamışdır.
Tədbirlər planına əsasən, paytaxtın ümumtəhsil məktəblərində “Xocalı faciəsi Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin davamıdır” mövzusunda inşa yazı müsabiqəsi, bütün təlim-tərbiyə müəssisələrində faciə qurbanlarının xatirəsinə həsr edilmiş anma mərasimləri keçiriləcək, qəsbkar ermənilərin torpaqlarımızda törətdikləri qanlı qırğınları, vəhşilikləri əks etdirən fotosərgilər təşkil olunacaqdır.