İQTİSADİYYAT
XOCALI SOYQIRIMININ QURBANLARI YAD EDİLİR
Kitabxanalarda mövzu ilə əlaqədar foto və rəsm sərgiləri, mədəniyyət saraylarında və kinoteatrlarda isə tamaşaların, bədii və sənədli filmlərin nümayişi təşkil edilmişdir.
İdarə və təşkilatlarda Xocalı soyqırımı ilə bağlı mühazirələr aparılır, anma mərasimləri keçirilir, məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunur.
Rayonda məskunlaşmış 9 Xocalı ailəsi və 1992-ci ildə bu şəhərdə gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş Qobustan qəsəbəsi sakininin ailə üzvlərinin iştirakı ilə tədbir keçirəcək və onlara maddi yardım göstəriləcəkdir.
Fevralın 26-da rayon ictimaiyyətinin Xətai rayonunda ucaldılmış “Vətən harayı” abidəsinə və Şəhidlər xiyabanına ziyarəti təşkil ediləcək, saat 17:00-da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılacaqdır.