REGİONLAR


Xaçmazda 170-ə yaxın atlet zona birinciliyi uğrunda mübarizə aparır

Xaçmaz, 9 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 9-da Xaçmaz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika oyunlarının proqramına daxil olan atletika üzrə zona yarışlarına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2006-2007-ci il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən yarışların zona mərhələsində 12 komandanın tərkibində 170-ə yaxın idmançı mübarizə aparır.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan, Şuşa, Laçın kollektivlərinin mübarizə apardığı birincilik Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə reallaşıb.

İki gün davam edəcək yarışda atletlər 60 və 300 metrə qaçış, uzunluğa tullanma, top atma və estafet mərhələlərində mübarizə aparır. Hər bir komanda 7 oğlan və 7 qızdan ibarətdir. Zona mərhələsində qalib gələn iki komanda finala vəsiqə qazanacaq. Birincilik 5 zona üzrə təşkil edilir.

Birinciliyin final mərhələsi aprel ayında Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.