REGİONLAR


Xaçmazda cüdo üzrə zona birinciliyində 300-ə yaxın idmançı mübarizə aparır

Xaçmaz, 7 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 7-də Xaçmaz Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının zona mərhələsinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Cüdo Federasiyasının təşəbbüsü ilə keçirilən turnirdə Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı rayonlarının idmançıları təmsil olunur.

İki gün davam edəcək yarışda 300-ə yaxın idmançı mübarizə aparır.

Azərbaycan çempionatının ilk mərhələsi, ümumilikdə, doqquz zona üzrə keçirilir.

Yarışların zona mərhələsinin qalibləri ölkə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.