REGİONLAR
Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb
Xaçmaz, 5 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda oğurluq etməkdə şübhəli bilinən gənc saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz şəhər sakini rayon polis şöbəsinə müraciət edərək evindən təmir-tikinti aləti, su mühərriki və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.
Faktla bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı Samir Həsənov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişə məxsus evə şüşəni sındıraraq qanunsuz daxil olduğunu, oradan bir ədəd monitor, elektrik təsərrüfat mişarı və su nasosu, videomüşahidə kamerası, peyk antenna, tonometr (təzyiq ölçən) və fanendaskop (ürək döyüntülərini müəyyən edən cihaz) oğurladığını bildirib.
Oğurlanan əşyaların bir qismi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]