Xaçmazda karantin rejimi qaydalarını pozan şəxslər cəzalandırılıblar
AzerTAg.az
Xaçmaz, 26 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiya ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda mütəmadi olaraq maarifləndirici reydlər keçirirlər. Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri, onlara açıq havada və qapalı məkanlarda özlərinin və ətraflarının sağlamlıqları üçün mütləq qaydada tibbi maskadan istifadə etmələrinin və sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər.
Keçirilən reyd zamanı karantin rejimi qaydalarını pozan şəxslər barəsində şöbə əməkdaşları tərəfindən inzibati qaydada tədbirlər görülüb.

Xəbərin mətnində orfoqrafik səhv var